Müsəlman.az » Allahla rabitə » Dualar » “NADİ-ƏLİ (Ə)” DUASI VƏ ONUN FƏZİLƏTLƏRİ

“NADİ-ƏLİ (Ə)” DUASI VƏ ONUN FƏZİLƏTLƏRİ

Müəllif: Bismillah 21-10-2012, 16:01
 (səslər: 5)
“NADİ-ƏLİ (Ə)”  DUASI  VƏ  ONUN  FƏZİLƏTLƏRİ


“NADİ-ƏLİ (Ə)” DUASI VƏ ONUN FƏZİLƏTLƏRİ

Böyük təsirləri qeydə alınmış dualardan biri də, mübarək “Nadi-Əli” duasıdır. Bu dua 2 misradan ibarətdir.

نادِ عَلیاً مَظهَرَالعَجائِب
تَجِدهُ عَوَناً لَکَ فِی النَوّائِب
کُلَّ هَمٍ وَغَمًّ سَیَنجَلی
بِوَلایَتِکَ یاعَلِیُّ یاعَلِیُّ یاعَلِیُّ

Oxunuşu:
Nadi Əliyyən məzhərəl-əcaib!
Təcidhu əunən ləkə fin-nəvaib.
Kullu həmmin və ğəmmin səyəncəli,
Bivilayətikə, ya Əliyyu, ya Əliyyu, ya Əliyyu!

Tərcüməsi:
Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır!
Onu sənə çətinliklərdə kömək edən görərsən!
Bütün qüssə və kədər çəkilib gedər,
Sənin vilayətinlə, ya Əli (ə), ya Əli (ə), ya Əli (ə)!

Biz onun təsir bağışlaması və bərəkətləri haqqında olan məlumatları “Min bir xətm” kitabından istifadə edərək burada veririk.
1. “Nadə Əli” (ə) duasının gündə azı 110 dəfə oxunmasının itmiş şeyin tapılmasında və itmiş şəxsin qayıtmasında çox böyük təsiri var.
2. Bir qrup adamın ucbatından çətinliyə düşən şəxs bu duanı 7 dəfə oxu¬yub onlara tərəf üfürsə, onlardan heç bir zərər görməz.
3. Düşməndən qorxan şəxs onu 27 dəfə oxusa, onları pərakəndə salıb məğlubiyyətə uğradar.
4. Mühüm çətinliklərin həlli üçün 1000 dəfə oxumaq lazımdır.
5. Əgər bir şəxs sənə qarşı qəzəblənibsə, buna görə onu 71 dəfə oxu və 3 dəfə də oxuyub şəxsin üzünə üfür.
6. Əgər rəsmi dairə işçisi üçün oxusa, onun yanında sözü keçər.
7. Cümə gününün əvvəlində 12 dəfə oxuyan şəxsin sözü keçərli olar.
8. Böhtana düşmüş şəxsin, onu dəf etmək üçün səhər və axşam 40 dəfə oxuması lazımdır.
9. Var-dövlətli olmaq üçün hər gün səhər 12 dəfə oxumaq lazımdır.
10. Var-dövlətin artması üçün hər gün 31 dəfə oxumaq lazımdır.
11. Düşmənlərə qələbə çalmaq üçün hər gün 17 dəfə oxumaq lazımdır.
12. Pis niyyətli şəxslərin ağzını bağlamaq üçün 17 dəfə oxumaq la¬zım¬dır.
13. Mühüm çətinliklərdən çıxış yolu tapmaq üçün hər gün 34 dəfə oxumaq lazımdır.
14. Göz ağrısı üçün 3 gün, hər gün 2 dəfə oxumaq lazımdır.
15. Xəzinələri ələ gətirmək və müharibələrdə qələbə çalmaq üçün 40 dəfə oxumaq lazımdır.
16. Məhəmməd Peyğəmbəri (s) yuxuda görmək üçün hər gecə 7 dəfə oxumaq lazımdır.
17. Həbsdən xilas olmaq üçün 7 gün və hər gün 16 dəfə oxumaq lazım¬d¬ır.
18. Bağlı qapıların və bəxtin açılması üçün hər gün 50 dəfə oxumaq lazımdır.
19. Sirlərin aşkarlanması və dövlətli olmaq üçün hər gün 16 dəfə oxu¬maq lazımdır.
20. Qətl və düşməndən amanda qalmaq üçün 8 gün və hər gün 18 dəfə oxuyub, o şəxsə tərəf üfürmək lazımdır.
21. Elm əldə etmək üçün sübh namazı vaxtı 17 dəfə oxumaq lazımdır.
22. Hacətin rəva olması və istəklərin padşah (rəhbər və ya yüksək rüt¬bəli şəxslərin) yanında qəbul olması üçün 6 gün müddətində hər gün 100 dəfə oxumaq lazımdır.
23. İzzətli olmaq üçün hər gün 10 dəfə oxumaq lazımdır.
24. İki zalım arasında düşmənçilik salmaq üçün hər gün 20 dəfə oxu¬maq lazımdır.
25. Düşmənin avara və sərgərdan olması üçün hər gün 30 dəfə oxumaq lazımdır.
26. Bir dəstənin arasındakı ixtilafı aradan qaldırmaq üçün hər gün 30 dəfə oxumaq lazımdır.
27. Düşmənlərin məğlub olması üçün gündə 100 dəfə oxumaq lazımdır.
28. Qəlbin qüvvətlənməsi üçün hər gün 25 dəfə oxumaq lazımdır.
29. Düşmənin ürəyinin yumşalması üçün 6 gün hər gün 100 dəfə oxu¬maq lazımdır.
30. Düşmənin hiylə və tüğyanının qarşısını almaq üçün hər gün 100 dəfə oxumaq lazımdır.
Bunlardan əlavə, “Nadi Əli (ə)” zikrini hər gün 70 dəfə oxumağın hacətlərin rəva olmasında, həyatdakı çətinliklərin həll olmasında və baş¬qa mühüm işlərdə çox böyük təsiri vardır. Bu zikr təcrübə olunmuşdur. De¬yilənə görə, İmamlardan (ə) biri bu zikri deyən şəxsin yuxusuna gəlib, ona üzləşdiyi hadisədən qurtuluş yolunu açıqlayar.
Hörmətli istifadəçi, Siz qeydiyyatdan keçməmisiniz. Saytdan daha geniş istifadə etmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
Məsləhət görürük ki, Qeydiyyatdan keçəsiniz və ya qeydiyyatınız varsa daxil olun.

Şərhlər:

Şərh yaz
  • Qrup: İstifadəçilər
  • E-mail: 1990
  • Qeydiyyat: 6.06.2012
  • Şərhlər: 290
  • Dərc olunmuş: 27
^
Gözəl duadır Allah oxuyan her kəsin hacətini qəbul etsin

--------------------
Məlumat
Qonaqlar qrupunda yerləşən istifadəmilər, bu xəbərə şərh yaza bilməzlər.