Müsəlman.az » Əhli-beyt » Həzrət Məsumənin kəramətlərindən

Həzrət Məsumənin kəramətlərindən

Müəllif: Bismillah 21-02-2013, 14:52
 (səslər: 2)
Həzrət Məsumənin kəramətlərindən
Həzrət Məsumənin kəramətlərindən

Zəmzəm suyu ilə Kərbəla türbəti
Qum Elm hövzəsinin seçilmiş alimlərindən olan dostum höccətülislam vəl-muslimin Hacı Seyid Ehsanullah Səbzvari buyurur: Hicri-qəməri təqvimi ilə 1414-cü ildə övladlarımdan biri dünyaya gəlmək astanasında idi. Həmin vaxt Xanım Məsumənin (ə) pak hərəminə gedib ərz etdim ki, övladımın doğum günü üçün sizdən üç şey istəyirəm:
1. İmam Hüseyinin (ə) müqəddəs türbətindən bir miqdar;
2. Bir miqdar Fərat suyu;
3. Bir miqdar Zəmzəm suyu
Bunların üçü ilə dünyaya gəlmiş övladımın kamını götürmək (yəni dünyaya gəlmiş uşağın ağzını həmin su ilə silmək və ya o sudan uşağın ağzına damızdırmaq) istəyirdim. Uyğun məsələyə rəvayətdə təkid olunub. Bu üç şeyi istədim. Arxayın idim ki, inşallah düzələcək. Hərəmdən çölə çıxdıqdan sonra bir şəxslə rastlaşdım. Ona heç bir söz deməmiş o mənə dedi: Bir miqdar zəmzəm suyu gətirmişəm şüşə gətir həmin sudan sənə də verim.
Başqa bir kəslə rastlaşıb ondan soruşdum: Sizdə əsl (kərbala) türbət olmaz? O istixarə etdikdən sonra mənə dedi: Mənimlə gedək. Məndə hərəmə yaxın yerin türbətindən var. Onunla gedib türbəti aldım. Türbət əlimə çatan kimi halım dəyişdi. Qəribə türbət idi. Onu evə gətirərkən bədənim titrəyirdi. Amma sonuncu hacətim üçün ləyaqətim olmadığına görə o (Fərat suyu) həmin vaxt əlimə çatmadı. İllər ötdükdən sonra Fərat suyunu tapdım. Türbəti Zəmzəm suyu ilə qatışdırdım. Övladım dünyaya gəldikdən sonra həyat yoldaşımın anası həmin suyu həkimlərin birinə verdi ki, dünyaya yeni gəlmiş övladımın kamını onunla götürsünlər.
Əmirəlmöminin (ə) buyurur: Öz övladlarınızın kamını Fərat suyu ilə götürün. Belə edin ki, bizim dostlarınızdan olsunlar.


Kəramət (2)

Döyüş əsirinin azad olması

Xanım Məsumənin (s.ə) uca məqamlı hərəminin xidmətçilərindən biri höccətülislam vəl-muslimin İbnur-Riza nəql edir ki, döyüş (İran-İraq müharibəsi) günləri idi. Gecələrin birində iraqlı əsirlərdən bir qrupunu Xanım Məsumənin (s) pak hərəminə gətirdilər. Xanımın hərəminin baş tərəfində arakəsmə qoyuldu və əsirləri həmin arakəsmənin daxilinə buraxdılar. Əsirlər oradan, digər zəvvarlar isə həmin arakəsmənin xaricindən hərəmi ziyarət etməklə məşğul idilər. Qəfildən oradakıların arasından bir qadın qışqırdı. Fasiləsiz olaraq əsirlər arasından da kimsə qışqırdı. Məlum oldu ki, bu əsir İraq şiələrindən olub və onu hərbi xidmətə aparıblar. İraq ordusu tərəfindən məcburi olaraq cəbhəyə gətirildikdən sonra İran ordusuna əsir düşüb.
Onun anası şiə olduğu üçün İraqdan xaric edilib. İrana gələrək Qumda məskunlaşıb. Ana oğlunun taleyindən tam xəbərsiz qalıb.
Biçarə ana hər gecə Xanım Məsumənin (s.ə) pak hərəminə gələrək belə deyirmiş: “Xanım, mən övladımı sizdən istəyirəm!”
Həmin gecə də digər gecələr kimi hərəmə gəlib öz övladına dua edərək Xanım Məsuməyə (s.ə) təvəssül edir. Birdən öz övladını əsirlərin içində görür və ixtiyarsız olaraq qışqırır. Bu vaxt anasını görən oğul da qışqırır.
Xanım Məsumənin (s.ə) lütfü nəticəsində illərlə ayrılıqdan sonra ana gözləri qəlb meyvəsini görərək işıqlanır.
Bu maraqlı hadisədən sonra BMT-nin vasitəçiliyi ilə həmin oğlanın əsirlikdən azad olub isti ailə ocağına qayıtması məsələsi həll olunur.


istinad:WWW.HICAB.ORG
Hörmətli istifadəçi, Siz qeydiyyatdan keçməmisiniz. Saytdan daha geniş istifadə etmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
Məsləhət görürük ki, Qeydiyyatdan keçəsiniz və ya qeydiyyatınız varsa daxil olun.

Şərhlər:

Şərh yaz
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 24.06.2013
  • Şərhlər: 10
  • Dərc olunmuş: 0
^
MƏN 2 DƏFƏ XANIM MƏSUMƏNİ ZİYARƏT ETMİŞƏM. XANIMIN KƏRAMƏTLƏRİNİN ŞAHİDİ OLMUŞAM. ALLAH SİZƏDƏ QİSMƏT ETSİN. AMİN
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 19.10.2012
  • Şərhlər: 39
  • Dərc olunmuş: 0
^
Allah razi olsun.
  • I10

  • 19 sentyabr 2012 13:34
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 16.03.2012
  • Şərhlər: 495
  • Dərc olunmuş: 0
^
Allah razi olsun
  • Qrup: İstifadəçilər
  • E-mail: 1990
  • Qeydiyyat: 6.06.2012
  • Şərhlər: 290
  • Dərc olunmuş: 27
^
Allah razı olsun maraqliydi

--------------------
Məlumat
Qonaqlar qrupunda yerləşən istifadəmilər, bu xəbərə şərh yaza bilməzlər.