Müsəlman.az » Əhli-beyt » İmam Museyi Kazim (ə) » Bu gün İmam Museyi Kazimin(ə) şəhadəti günüdür...

Bu gün İmam Museyi Kazimin(ə) şəhadəti günüdür...

Müəllif: YA_Ali 16-06-2012, 10:46
 (səslər: 1)
Bu gün İmam Museyi Kazimin(ə) şəhadəti günüdür...

Bu gün imam Museyi Kazimin (ə) şəhadət günüdür. Hicri qəməri tarixi ilə 182-ci il Rəcəb ayının 25-də 7-ci imam Abbasi xəlifəsi Harunun əmri ilə zəhərləndirilib.

İmam Museyi Kazim (ə) hicri qəməri tarixi ilə 128-ci ildə Səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə İmam Cəfər Sadiq (ə)-ın ailəsində dünyaya göz açıb. Onun anası Həmidə adlı bir xanım olub. 7-ci imam 54 il ömür sürüb və bu illərdən 35-ini müsəlmanlara imamlıq edib. İmamın həyatının son dövrü zindanlarda keçib və elə şəhadətə zindanda yetişib.

Maraqlı məqamlardan biri onun yerləşdirildiyi məhbəslərin 3 dəfə dəyişdirilməsindən ibarətdir. Buna səbəb isə həm Bəsrə, həm də Bağdad zindanlarının rəislərinin Harun ər-Rəşidə müraciətləri olub.

Yüksək əxlaqı, imanı ilə imam zaindandakılara o qədər təsir göstərib ki, artıq onlar Peyğəmbər (s) övladını dəmir barmaqlıqlar arxasında qalmasının nə dərəcədə böyük cinayət olmasını anlamış, bu haqsızlığa şərik olmaqdan çəkiniblər. Elə buna görə də Bəsrədən xəlifəyə belə bir ismarıc gəldi: “Onu geri al, yoxsa azad edəcəyəm!”.

Təbii ki, Harun bu minvalla hakimiyyətinin əsaslarının sarsılmasının qaçılmaz olacağını anlayırdı. İmamın haqq səsini boğmaq, onu Allahın müəyyət etdiyi yoldan döndərmək mümkünsüz idi. Nəticədə İmam Museyi Kazim (ə) məsum əcdadları kimi şəhid edildi.

İmam Museyi Kazim (ə)-ın Azərbaycanla da bilavasitə əlaqəsi var. Həzrətin qız övladları – Rəhimə xanım və Həkimə xanım Abbasilərin Əhli-Beytə (ə) qarşı həyata keçirdikləri təqiblərdən və zülmlərdən xilas olmaq üçün məmləkətimizə pənah gətirib, həyatlarının qalan hissəsini burda yaşayıb və bu torpaqda dəfn ediliblər.
Hörmətli istifadəçi, Siz qeydiyyatdan keçməmisiniz. Saytdan daha geniş istifadə etmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
Məsləhət görürük ki, Qeydiyyatdan keçəsiniz və ya qeydiyyatınız varsa daxil olun.

Şərhlər:

Şərh yaz
Məlumat
Qonaqlar qrupunda yerləşən istifadəmilər, bu xəbərə şərh yaza bilməzlər.