Müsəlman.az » Əhli-beyt » İmam Rza (ə) » İmam Rzanın (ə) ziyarətinin fəziləti

İmam Rzanın (ə) ziyarətinin fəziləti

Müəllif: Arbabe_Man_Hussain 2-03-2013, 20:02
 (səslər: 6)
İmam Rzanın (ə) ziyarətinin fəziləti


İmam Rzanın (ə) ziyarətinin savabı və fəziləti barədə Peyğəmbəri-Əkrəm (s) və məsum İmamlardan (ə) bir çox hədislər nəql olunmuşdur ki, onlardan bir neçəsini nümunə üçün qeyd edirik:
1. Şeyx Səduq öz "Uyunul-əxbar" və "Əmali" kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki, həzrət buyurmuşdur:

ستدفن بضعه منّي بأرض خراسان لايزورها مؤمن
الا اوجب الله-عزوجل- له الجنة وحرّم جسده علي النّار

"Tezliklə mənim bədənimin bir parası (ovladlarımdan biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah Cənnəti vacib edər, bədənini isə Cəhənnəm oduna haram edər."
2. Yenə də, Şeyx Səduq qeyd olunmuş kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki, o həzrət buyurmuşdur:
ستدفن بضعه منّي بأرض خراسان ما زارها مكرب الا نفس الله كربته و لا مذنب الا غفر الله ذنوبه
"Tezliklə mənim bədənimin bir parası (ovladlarımdan biri) Xorasan torpağında dəfn olacaq. Allah onu ziyarət edən və çətinliyi olan şəxsin çətinliyini aradan qaldırar və onu ziyarət edən günahkarın günahını bağışlayar."
3. Şeyx Səduq həzrət Əlidən (ə) nəql edir ki, o həzrət buyurmuşdur:
سيقتل رجل من ولدي بأرض خراسان بالسم ظلما أسمه اسمي و اسم ابن عمران موسي عليه السلام الا فمن زاره في غربته غفر الله تعالي ذنوبه ما تقدم منها و ما تأخر و لو كانت مثل عدد النجوم و قطر الامطار و ورق الاشجار
"Tezliklə mənim ovladlarımdan olan bir kişi zulmkarlıqla zəhərləndiriləcəkdir. Onun adı mənim adım, atasının adı isə, İmran oğlu Musanın adıdır. Agah olun ki, hər kim onu qürbətdə ziyarət edərsə, kecmiş və gələcək günahları ulduzlar, yağışın qətrələri və ağacların yarpaqları qədər olsa belə Allah bağışlayar."
4. Şeyx Səduqdan nəql olunmuş başqa bir hədis belədir: "İmam Rza (ə) Məmunun əli ilə özünün necə öldürülməsini bəyan etdikdən sonra buyurur:
من زارني علي بعد دار أتيته يوم القيامة في ثلاث مواطن حتي اخلصه من أهوالها إذا تطايرت الكتب يميناً و شمالا و عند الصراط وعند الميزان
"Hər kim məni qurbətdə, uzaqdan məzarımı ziyarət etsə, Qiyamət günü üç yerdə onun yanına gəlib onu nigarançılıqdan və iztirabdan xilas edərəm; birincisi, insanların əməl kitabları sağdan və soldan onlara verilən zaman, ikincisi, insanlar Sirat körpüsündən keçən zaman, üçüncüsü isə əməlləri tərəziyə qoyulan zaman.
5. Uyun ul-əxbarda İmam Cavaddan (ə) nəql olunmuşdur ki, o həzrət buyurmuşdur:
ضمنت لمن زار أبي بطوس عارفاً بحقه الجنة علي الله تعالي
"Atamın imamətinin həqiqiliyinə əqidəsi olduğu halda Tus vilayətini (Xorasanı) ziyarət edən şəxs üçün Allah yanında Cənnətə zaminəm".

Allah bizi o Həzrətin (ə) imamlıq haqqına arif olan zəvvarlardan etsin! Amin!
Hörmətli istifadəçi, Siz qeydiyyatdan keçməmisiniz. Saytdan daha geniş istifadə etmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
Məsləhət görürük ki, Qeydiyyatdan keçəsiniz və ya qeydiyyatınız varsa daxil olun.

Şərhlər:

Şərh yaz
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 24.06.2013
  • Şərhlər: 10
  • Dərc olunmuş: 0
^
Səlamun əleykum. düzdür biz hamımız məsumların ziyarətlərinə getmək istəyirik. ancaq bir anlıq fikirləşəyin görəsən bu ziyarətdən sonra özümüzü necə aparmalıyıq.
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 28.03.2013
  • Şərhlər: 3
  • Dərc olunmuş: 0
^
Allah razi olsun
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 12.02.2013
  • Şərhlər: 1203
  • Dərc olunmuş: 0
^
Ey uca olan ALLAH bizleri QERIB AGAMIZ IMAM RZAnin mezarini ziyaret etmemish bu dunyadan aparma.AMIN.AMIN.AMIN.
Məlumat
Qonaqlar qrupunda yerləşən istifadəmilər, bu xəbərə şərh yaza bilməzlər.