Müsəlman.az » Tarix » Azərbaycan tarixi » Xocavənd haqqında tarixi məlumat...

Xocavənd haqqında tarixi məlumat...

Müəllif: YA_Ali 16-04-2012, 10:14
 (səslər: 2)
Xocavənd haqqında tarixi məlumat...

Xocavənd – Azərbaycanda rayon. İnzibati mərkəzi – Xocavənd 2 Oktyabr 1992-ci il Ermənistan Respublikası tərəfindən işğal edilmişdir

Tarixi


Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Qanununa əsasən DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km­­², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. 1988-ci ilin fevralından başlayan Qarabağ mühari­bə­sində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Xocavənd rayonunun kəndlərinin işğal tarixləri:

Xocavənd haqqında tarixi məlumat...

Coğrafi mövqeyi

Ərazisi alçaq dağlıq və şərqdə maili duzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Əsasən, Yura, Tabaşir, Antropogen cokuntulərindən ibarətdir.

Mərmər yatağı var.İqlimi cox yerdə yayı quraq kecən mulayim istidir. Orta temperatur yanvarda -2°C-dən -l°C- yədək, iyulda 24-26°C-dir. llik yağıntı 400-500 mm-dir. Cayları (Kondələncay, Qozlucay, Qurucay və s.) Araz hovzəsinə aiddir. Şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki ortuyundə yarımsəhra və quru col bitkiləri ustundur. Kolluqlar və enliyarpaqlı meşələr var. Meşələrdə tulku, caqqal, dov an, colsicanı və s. kimi heyvanlar, kəklik, goyərcin və s. quşlar yaşayır.

Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir.

Relyefi əsasən dağlıqdir. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir.

Qəsəbələr / Kəndlər

Rayon 1 şəhər, 2 şəhər tipli qəsəbə və 81 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Əmiranlar, Muğanlı, Kuropatkino, Haxulu, Salakətin, Günəşli, Xətai, məşhur Tuğ kəndi və s.


Əhalisi

Xocavənd haqqında tarixi məlumat...

Tarixi abidələr


Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə – tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Rayonun Tuğ kəndinin 5 km-də V əsrə aid "Alban" kilsəsi", Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid "Alban" kilsələri, I-V əsrlərə aid "Alban" qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində qədim "Alban" qəbiristanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən "Seyid Rza" kumbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni işğalcıları tərəfindən vəhşicəsinə dağıdılmışdır.

Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. Xocavənd ərazisində istifadəyə yararlı yeraltı su ehtiyatlarını qiymətləndirmək məqsədilə bir vaxtlar kompleks hidrogeoloji tədqiqatlar aparılıb. Nəticədə 9 perspektiv sahə seçilib və həmin sahələr üzrə IV dövr, Təbaşir və Yura sulu komplekslərinin 83 min kubmetr/gün həcmində yeraltı su ehtiyatları aşkarlanıb. Bundan başqa bulaq axımı moduluna əsasən 7,34 min kubmetr/gün həcmdə yeraltı su ehtiyatları hesablanıb. Beləliklə, rayonun ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 min kubmetr/gün təşkil edir.

İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.


İqtisadi xarakteristikası

Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məş­hur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərə­vəz­çi­lik­dir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bit­kiləri yetişdirilir. Ra­­yon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.

Görkəmli şəxslər

Hacıyeva Əcəb Məhərrəm qızı – Sosialist Əməyi Qəhrəmanı, Əmək veteranı.
Cahangirov Zülfiqar Məhəmməd oğlu – iqtisad elmləri doktoru, professor.
Həsənov Əli Pənah oğlu – iqtisad elmləri doktoru, professor.
Cavad Bəy oğlu Məlik – Yeqanov – Azərbaycan Demokratik Cümhuriyyətinin (1918-1920-ci illər) parlamentinin üzvü, Lənkəran Qəzasının general – qubernatoru olmuşdur.
Xudadat Bəy Məlik – Aslanov – Azərbaycan Demokratik Cümhuriyyətinin Dəmir Yolları naziri, texnika elmləri doktoru, professor.
Mir Mehdi Xəzani – məşhur "Qarabağnamə"lərdən birinin müəllifi, tarixçi, şair.
Hüseynov İbad Mahmud oğlu – Azərbaycan Bayrağı ordenli, müharibə veteranı.
Kazımova Roza Mənsur qızı – III dərəcəli Əmək Şöhrəti ordenli, əmək veteranı.
Hüseynov Fehruz Mahmud oğlu – Qırmızı Əmək Bayrağı ordenli.
Hörmətli istifadəçi, Siz qeydiyyatdan keçməmisiniz. Saytdan daha geniş istifadə etmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
Məsləhət görürük ki, Qeydiyyatdan keçəsiniz və ya qeydiyyatınız varsa daxil olun.

Şərhlər:

Şərh yaz
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 23.09.2013
  • Şərhlər: 1
  • Dərc olunmuş: 0
^
mence cox yaxsidir
winked
Məlumat
Qonaqlar qrupunda yerləşən istifadəmilər, bu xəbərə şərh yaza bilməzlər.