Müsəlman.az » Tarix » İslam tarixi » MÜAVİYƏ KİMDİR?

MÜAVİYƏ KİMDİR?

Müəllif: Arbabe_Man_Hussain 25-12-2012, 21:04
 (səslər: 3)
MÜAVİYƏ KİMDİR?


Müaviyə iki çirkin vücuddan dünyaya gəlmiş varlıq idi. Bu şəxs irsiyyət qanuna əsasən, öz ata-anasının çirkin xüsusiyyətlərinin daşıyıcısı idi. Atası Əbu-Süfyan Qüreyş müşriklərinin və bütpərəstlərinin başçısı olmuşdu. Allah-təala Qur’anda bu şəxs haqqında buyurur: «Küfr başçıları ilə döyüş, onların andları möhtərəm deyil ki, ona riayət edilsin!» [Tövbə, 12]
Peyğəmbərin(s) əksər qəzavatlarında Əbu-Süfyan bütpərəst və müşrik qoşununun başçısı olurdu. Əslində Ühüd, Bədr və Əhzab döyüşlərini bu adam qızışdırmışdı. Əbu-Süfyan həzrət Peyğəmbərlə(s) bir il düşmənçilik etdi. Məkkənin fəthi zamanı qılınc qorxusundan İslamı qəbul etdi. Daxilində kafir və bütpərəstliyində qaldı. Müaviyənin anası isə Ütbə ibn Rəbiənin qızı Hind idi. Bu qadının həzrət Peyğəmbərlə dərin düşmənçiliyi vardı. Bu qadın Məkkədə həzrətə olmazın əzab-əziyyətini verirdi. Ühüd savaşında isə başqa qadınlarla birlikdə kişilərin ardınca hərəkət edir, dəf çalmaqla onları döyüşə həvəsləndirirdi. Həmin döyüşün sonunda Peyğəmbərin əmisi Həmzənin ciyərini çıxartdırıb dişlərinə çəkdi. Həmin vaxtdan Hində «ciyərxar» deməyə başladılar. Hindin göstərişi ilə Həmzəni qətlə yetirmiş Vəhşi sonradan İslamı qəbul etdi və həzrət Peyğəmbər onu bağışladı.
Cahiliyyət dövründə Hind öz əxlaqsızlığı ilə məşhur idi. Müaviyə də həmin vaxtlarda dünyaya gəlmişdi. Zəməxşəri «Rəbiül-əbrarda» nəql edir ki, həmin vaxtlar dörd kişi Müaviyənin atası sayılırdı: Əbu-Əmr ibn Müsafir, Abbas ibn Əbdül-Müttəlib, Əmarə ibn Vəlid, Səbbah adlı bir qara şəxs. Bu məsələyə İbn Əbil-Hədid də «Nəhcül-bəlağənin» şərhində toxunmuşdur. «Ən-nəsayehul-kafiyyə» kitabının müəllifi Məhəmməd ibn Əqil yazır ki, Həssan ibn Sabit Hind və onun ərini həcv edər, Peyğəmbər və səhabələri isə bu şeirləri dinləyib etiraz etməzdilər. Bəli, Müaviyə belə ata və anadan dünyaya gəlmişdi. O həm ata, həm də anasının çirkin əxlaqını daşıyırdı. O da müsəlmanlara qarşı döyüşlərdə iştirak edib, nəhayətdə, qorxusundan İslamı qəbul etdi. Həzrət Əli (ə) Müaviyə və onun atasının qılınc qorxusundan iman gətirməsi barədə Müaviyəyə belə buyurmuşdur: «Babanı (Ütbəni), dayını (Vəlidi), qardaşını (Hənzələni) Bədr döyüşündə öldürən mən oldum. Həmin qılınc yenə əlimdədir. Mən həmin cürətlə düşmənlərimlə üzbəüz gəlirəm. Başqasının dinini qəbul etməmişəm, təzə Peyğəmbər seçməmişəm. Mən elə bir yoldayam ki, siz həmin yolu ixtiyari olaraq tərk etmiş, məcbur qalaraq qəbul etmisiniz.»
Məhəmməd ibn Cərir Təbəri nəql edir ki, həzrət Peyğəmbər buyurmuşdur: «Əgər Müaviyəni mənim minbərimdə görsəniz, onu öldürün.» Təbərinin yazdığına görə, Əbu-Süfyan ulağa süvar, Müaviyə onun cilovundan tutmuş, qardaşı isə arxalarınca gələn halda Peyğəmbər(s) onların haqqında buyurdu: «Allah hər üçünə lənət etsin.»
Məsihi alimi Corc Cordaq «İmam Əli (ə)» əsərinin dördüncü hissəsində yazır: Üməyyənin bütün çirkin sifətlərinə malik olan şəxs Müaviyə ibn Əbu-Süfyandır. Müaviyənin ilkin nəzərə çarpan sifəti onun insaniyyət və İslamdan xəbərsiz olmasıdır. Onun əməlləri İslamdan uzaq olduğunu sübut edir.»
Hörmətli istifadəçi, Siz qeydiyyatdan keçməmisiniz. Saytdan daha geniş istifadə etmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
Məsləhət görürük ki, Qeydiyyatdan keçəsiniz və ya qeydiyyatınız varsa daxil olun.

Şərhlər:

Şərh yaz
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 24.02.2013
  • Şərhlər: 26
  • Dərc olunmuş: 0
^
Allah ona atasina anasina oğlu yezidə və onun indiki davamçilarina lənət etsin.Bir insan ki,Əlidən Əhlibeyitdən deyil O şəxs şəfaət tapmayacaq.
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 22.01.2013
  • Şərhlər: 129
  • Dərc olunmuş: 1
^
ALLAHIN,LENETI MUAVIYE-YE, ONUN ATA-BABALARINA VE DAVAMCILARINA OLSUN.
  • Qonaq

  • 26 dekabr 2012 06:59
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 22.11.2012
  • Şərhlər: 192
  • Dərc olunmuş: 0
^
Salamu-eleykum. O 'shexs' in chikinliyi haqqinda chox oxumusham,indi de tekrarlamish oldum.Allah ona lenet etsin. Xulaseleshdirib yazmisiniz,Allah razi olsun.
Məlumat
Qonaqlar qrupunda yerləşən istifadəmilər, bu xəbərə şərh yaza bilməzlər.