Müsəlman.az » Xarici Dil » Fars Dili

Fars Dili

Müəllif: hisham 15-01-2012, 12:54
 (səslər: 61)
Fars Dili



Fars dili ən qədim dillərdən biridir.Bu dil Hind-Avropa dil ailəsinin İran dilləri qrupuna daxildir.İran İslam Respublikası,Əfqanıstan,Tacikistan kimi ölkələrdə rəsmi dil sayılır(Fars dili tacik və Əfqanıstandakı puştu və dəri dilləri ilə həddindən artıq çox bənzərliyə malikdir,ortaq leksika ilə asanlıqla başa düşülür). Eyni zamanda Özbəkistan ,Türkmənistan və Pakistanda da bu dildə danışan etnik qruplar vardır.Ana dili kimi 60 milyondan çox ,ikinci dil kimi isə təxmini 53 milyon insan tərəfindən istifadə olunur.Azərbaycanda isə bu dili öyrənməyimiz üçün bir çox səbəblər var.
1.Qonşu ölkələr olduğumuzdan İranla sıx mədəni,iqtisadi-siyasi əlaqələrimiz olub və indi də var.Qonşunun dilini bilmək lazımdır.İran tibbdən tutmuş kənd təsərrüfatına qədər böyük nailiyyətlər əldə edib,həmçinin,regionda güclü geostrateji çəkiyə malikdir.
2.Ədəbiyyatımızın ən gözəl klassik inciləri məhz bu dildə yazılmışdır.Təkcə Nizaminin adını çəkmək belə kifayət edərdi məncə.Xəmsə orijinalda daha gözəl səslənir .
3.İran dil qrupuna daxil olan digər dilləri öyrənmək üçün fars dili keçid rolunu oynaya bilər.Eləcə də ərəb dili farsca bilənlərə nisbətən asan olur.
4.Tərcüməçi işləmək istəyənlər bu dil vasitəsilə heç də pis qazanmayacaqlar.(xüsusilə texniki sahədə)
5.Dinşünaslıq ,şərq fəlsəfəsi ,sufi poeziyası kimi mövzularla maraqlananlar bu dil olmadan çox da uzağa gedə bilməyəcəklər.Ömər Xəyyam rübailəri,Rumi Məsnəvisi ,Hafizin qəzəlləri,Sədinin Gülüstan və Bustanı Firdovsinin Şahnaməsi tərcümədə heç də tam ifadə oluna bilmir.
6.Azərbaycan dili ilə çox bənzərliyi vardır ,poliqlot olmaq istəyənlər birinci farscadan başlasalar peşman olmazlar.Bundan da asanı yoxdur.
7.Səfər etdiyiniz ölkədə özünüzü rahat hiss etməniz üçün o ölkənin dilini bilməlisiniz.

Beləliklə,bizim artıq 7 səbəbimiz var.Mən nəzərə alıram ki,siz artıq fars əlifbasını bilirsiniz,çünki əks halda bir balaca çətinlik olacaq.Ən yaxşısı bir adamla məşq etməkdir.Ərəb əlifbasından fərqli bəzi xüsusiyyətləri qısaca özüm də yazacağam.
Başlayaq? Bismillah…
Farsca hərflər
A, a, ə آ
A, a, ə,e,i,u ا ء إ ؤأ
B, b ب
P, p پ
T, t ت
S, s ث
C, c ج
Ç, ç چ
H, h ح
X, x (gırtlaktan) خ
D, d د
Z, z ذ
R, r ر
Z, z ز
J, j ژ
S, s س
Ş, ş ش
S, s ص
Z, z ض
T, t ط
Z, z ظ
A, a, U, u, İ, i ع
G, g, Ğ, ğ غ
F, f ف
Ğ,ğ ق
K, k ک
G, g گ
L, l ل
M, m م
N, n ن
V,v, U,u, Û, û, O, o و
H, h ه
Y, y, İ, İ, Î, î ی
E,e,
A, a _ِ ِ

İ, i --ِ U,u,O,o _ُ



Ərəb əlifbasında işlənməyən 4 fars hərfi var پ ژ چ گ g,ç,j,p
گ (ge) hərfi incə saitlərdən əvvəl gələrsə g, qalın saitlərdən əvvəl isə q səsi verir.Məsələn,

گل(gel) , گاو (qav).
ق və غ hərfləri isə elə ğ səsini verir.
Ərəbcədən fərqli olaraq ز ظ ذ ض hərfləri bizim z səsini verir,ص ث və سhərfləri s səsini verir,
ح və هisə h səsini verir. ت və ط t səsini verir.

Sözlər
1.Su (ab) آب
2.İlan (mar) مار
3.Gün (ruz) روز
4.Ay(mah)ماه
5.Yol(rah)راه
6.Öküz,inək (qav) گاو
7.Gül,çiçək(qol)گل
8.Və (-o-) و
9.Ad (esm,nam) اسم نام
10.Gecə(şəb) شب

Əvəzliklər(Şəxs əvəzlikləri)
Mən (mən) من Biz(ma) ما
Sən (to) تو Siz(şoma) شما
O(u) او Onlar(anha) آنها

*Çalışın bu sözləri yaxşıca öyrənin,məsləhət görürəm ki,ayrıca bir dəftər tutun və farsca sözləri və qrammatik qaydaları yazın. Gələcəkdə lazımınız olacaq,dili istifadə etməyəndə unudulur,bu zaman dəftərinizi vərəqləyib bildiklərinizi bərpa edərsiniz.Gündəlik məşğul olun,hər həftə keçdiklərinizi təkrarlayın.Qədim Romalılar demiş: Repetitio est mater studiorum(Təkrar biliyin anasıdır)

P.S. Mən hər dəfə az həcmdə materiallar yerləşdirəcəyəm,lakin elektron dərsliyi tam hazırlamadığım üçün ,fayl şəklində sizinlə paylaşmıram.Həm də belə daha maraqlı olur,asandan mürəkkəbə doğru .Mən professional linqvist deyiləm,müxtəlif dillərdə olan kitablar,lüğətlər, veb-saytlardan istifadə edərək həm xarici dilləri asan öyrənməyin yollarını,həm də fars dilini birlikdə öyrənəcəyik.
P.S.S Fars dili nə qədər gözəl olsa da,bizim doğma ana dilimizə çata bilməz ;)

Teqlər: fars dili xarici dil poliqlot

Hörmətli istifadəçi, Siz qeydiyyatdan keçməmisiniz. Saytdan daha geniş istifadə etmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
Məsləhət görürük ki, Qeydiyyatdan keçəsiniz və ya qeydiyyatınız varsa daxil olun.

Şərhlər:

Şərh yaz
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 15.08.2014
  • Şərhlər: 3
  • Dərc olunmuş: 0
^
Allah-təala razı olsun inşallah. Çox sağ olun..
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 28.06.2013
  • Şərhlər: 8
  • Dərc olunmuş: 0
^
Allah razi olsun cox komek edirsiniz bu dili oyrenmeye smile
  • Qrup: Administratorlar
  • E-mail: --
  • Qeydiyyat: 14.12.2011
  • Şərhlər: 115
  • Dərc olunmuş: 804
^
emine,
Salameleykum Hansi sozun hansi herfle yazilmasini ezberleme yolu ile oyrenmek lazimdir

--------------------
  • emine

  • 26 avqust 2013 17:27
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 4.02.2013
  • Şərhlər: 28
  • Dərc olunmuş: 0
^
Salam. Men basha dushmedim s, t, z herfleri eyni sesi verirse biz nebilek ki hansi sozde hansi herfi ishletmek lzimdir?
zehmet olmasa aydinliq getirin.
  • Qrup: Qonaqlar
  • E-mail: --
  • Qeydiyyat: --
  • Şərhlər: 0
  • Dərc olunmuş: 0
^
Allah razi olsun.Ama daha gozel olardi dersleri pdf formatinda yukleme imkani olaydi
  • NEMO

  • 8 iyul 2013 23:38
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 17.05.2013
  • Şərhlər: 551
  • Dərc olunmuş: 0
^
Allah-təala sizdən razı olsun, inşəallah!
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 5.07.2013
  • Şərhlər: 9
  • Dərc olunmuş: 0
^
SELAM ALLAH RAZI OLSUNNNNNNNNNNNNNNNNNNNNNNNNNN
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 14.10.2012
  • Şərhlər: 29
  • Dərc olunmuş: 0
^
Allah köməyiniz olsun
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 14.10.2012
  • Şərhlər: 29
  • Dərc olunmuş: 0
^
Allah razı olsun
  • Rehim

  • 15 avqust 2012 05:58
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 24.12.2011
  • Şərhlər: 29
  • Dərc olunmuş: 0
^
Fars dili qozeldir bizim dilin sozlerinin 60% fars sozleridir Motewekkilem berader
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 26.03.2012
  • Şərhlər: 26
  • Dərc olunmuş: 0
^
ALLAH sizden razi olsun sizden
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 4.03.2012
  • Şərhlər: 1
  • Dərc olunmuş: 0
^
ALLAH her bir muuselmana komek olsun AMIN INWAALLAH
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 29.02.2012
  • Şərhlər: 12
  • Dərc olunmuş: 0
^
ALLAH RAZI OLSUN!
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 18.11.2011
  • Şərhlər: 125
  • Dərc olunmuş: 12
^
Derslerle baghli sherh yazanda xahish edirem ya axirinci yazilan dersin altindan yazin,ya da mene mesaj yazin .
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 18.11.2011
  • Şərhlər: 125
  • Dərc olunmuş: 12
^
felestin_derdimiz,
Sherh yazdighiniz uchun teshekkur edirem,ancaq xahish edirem ki,1.fars dilinde sehv yazmayasiniz 2.movzudan qiragha chixmayasiniz.
felestin_derdimiz,
kheili moteshekkerem.
P.S. Men bu derslerle ne farslari,ne Irani, ne de onun liderlerini tebligh elemirem,chunki siyasetden uzagham ve fars dili tekce farslarin deyil,bu dilde Nizamiler,Xeqaniler,Nesimiler yazib-yaradib. Sadece olaraq bir vaxtlar olkemizde sheirin,edebiyyatin,elmin dili olmush fars dilini oyrenmek isteyenlere internetde Azerbaycan dilinde material olmadighina gore komek etmek isteyirem.Ozum de oyrederek oyrenmeye chalishiram.Bizim Ana Dilimiz Azerbaycan turkcesi butun dillerden ustun ve shirindir, bir insan ne qeder chox dil oyrense,oz dilinin shirinliyini o zaman daha yaxshi basha dusher. Bir insan farslara qarshi ya dostdur,ya dushmendir,ya da neytraldir. Bir insan fars dilini 3 sebebe gore oyrene biler; 1.Dost dostun dilini oyrener 2.Dushmenin de dilini bilmek lazimdir 3. Dilin milliyyeti yoxdur.milliyyetin dili var(neytral) .Her uch halda da bu dili oyrenmeyin hech bir ziyani yoxdur. Ele buna gore de her uch desteni dersleri izlemeye devet edirem.Ola biler ki,menim hansisa,meselen,azil milletinden zehlem getsin, amma Aziliyanin dilini oyrenirem.Ya da bashqa bir milletden xoshum gelsin,amma dilleri xoshuma gelmesin.Ele bu yazinin altindan isterdim gelecekde hansi dilleri oyrenmek istediyinizi yazasiniz,belke ele bir yerde oyrendik:) Bu alman,fransiz,italyan,serb,yehudi, chin,yapon,hetta latin dili de ola biler. Ichinizde anti-semit de ola biler,amma bu o demek deyil ki,yehudi dilini oyrenmek lazim deyil. Menim fikrimce,Allah butun insanlari beraber yaradib,heresinin ozumemexsuslughu var,dushunce terzi var,hamisina hormetle yanashmaq lazimdir.Men dovletimi, dilimi,dinimi sevirem,isteyirem ki,hem olkemizde,hem de dunyada sulh ve emin-amanliq olsun.Qisa sozle,Allah Zuhuru tecil etsin!

MUZZEMMIL,
Khoda hem ez shoma razi bashed.
  • Qrup: İstifadəçilər
  • E-mail: 14512
  • Qeydiyyat: 12.02.2012
  • Şərhlər: 2
  • Dərc olunmuş: 0
^
MUZZEMMIL,
be name bexsendeye mehrebane xoda bozorgevare islame imam xomeyni selavat
  • Qrup: İstifadəçilər
  • E-mail: 225588
  • Qeydiyyat: 10.02.2012
  • Şərhlər: 14
  • Dərc olunmuş: 3
^
XODA EZ WOMA RAZI BAWED smile
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 18.11.2011
  • Şərhlər: 125
  • Dərc olunmuş: 12
^
farslarda sait yazilmadighindan,saiti ozumuzden qoyuruq,hereke ile yazanda daha yaxshi bilinir,hech herekesiz ereb yazisini oxumusunuz?bu da onun kimidir.
  • gunel

  • 20 yanvar 2012 17:50
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 27.10.2011
  • Şərhlər: 7
  • Dərc olunmuş: 1
^
basa dusmedim nece:(
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 18.11.2011
  • Şərhlər: 125
  • Dərc olunmuş: 12
^
Aleykum salam.o sozu ishlenme yerinden asili olaraq qol da oxumaq olar,gel de.metnin mezmunundan basha dushmek lazimdir.
  • gunel

  • 20 yanvar 2012 00:36
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 27.10.2011
  • Şərhlər: 7
  • Dərc olunmuş: 1
^
Salam eleykum,Allah razi olsun.bagisliyin bu sozun teleffuzu "7.Gül,çiçək(qol)" beledir yaxud "gel?" cunki yuxarida ele yazilib o soz?
  • Asiye

  • 18 yanvar 2012 15:45
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 18.01.2012
  • Şərhlər: 14
  • Dərc olunmuş: 0
^
Tewekkur edirem.
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 18.11.2011
  • Şərhlər: 125
  • Dərc olunmuş: 12
^
eybi yoxdu,sonra edersiz
  • Qrup: İstifadəçilər
  • E-mail: 654321
  • Qeydiyyat: 19.11.2011
  • Şərhlər: 50
  • Dərc olunmuş: 24
^
aga uzr isteyirem men facede dili deyiwmeyi bilmirem,acigi axtarmamiwam ve duwunurem ki hele dili deyiwmekcin tezdir,siz nece duwunursuz?

--------------------
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 18.11.2011
  • Şərhlər: 125
  • Dərc olunmuş: 12
^
Salam,yazdighiniz duzdur,men materiallari az yerleshdirirem,bu sozleri belke choxlari bilir,tekce men yazdiqlarim ile kifayetlenmeyin bbc radiosunda fars dilinde xeberler yayimlanir,radio/languages bolmesinden fars dilini sechin ve qulaq asin,sonraki merhelelerde elektron kitablar da meslehet goreceyem,feysbuku fars diline chevirmeyin de faydasi var,adamin gozu oyreshir.Azerbaycanca baxdighiniz dini kinolara sonra farsca da baxin,mezmunundan tutacaqsiniz sohbet neden gedir.
  • Qrup: İstifadəçilər
  • E-mail: 654321
  • Qeydiyyat: 19.11.2011
  • Şərhlər: 50
  • Dərc olunmuş: 24
^
Salam aga,men oyrenirdim ama yarim qaldi inwallah burdan davamm edecem yazdiginiz sozleri hele ki bilirem wukr,ama tekrarda xeyir var

Men ketab darem,pederem karmend est.duz yazdim?
Hmmm bunu ona gore yazdim ki gorum cumle qurmaq ya sozler yadimda qalib?gordum cetinlik cekirem yadimda qalanlar azdir,bu gunden bawlayacam oyrenmeye.twkler imkana gore

--------------------
Məlumat
Qonaqlar qrupunda yerləşən istifadəmilər, bu xəbərə şərh yaza bilməzlər.